
"RegionTV.info"nun məlumatına görə, hadisə Ələt-Astara magistralının 37-ci kilometrliyində Salyan rayonunun Xələc kəndi ərazisində baş verib.
“Prado” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət aln sürcü və sərnişinlər Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.