
"RegionTV.info"nun məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
İnqilab İsmayılov küçəsində iki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Nəsrullayev Nicat Elşad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.