
"RegionTV.info"nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Qazax rayon sakinləri - 1965-ci il təvəllüdlü Manaf Nəsibov və həmyerlisi, 1989-cu il təvəllüdlü Murad Muradov xəsarət alıblar. Onların hər ikisi xəstəxanaya aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qəzanın başvermə səbəbləri araşdırılır.