
"RegionTV.info"nun məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
“Qara Qarayev” metrostansiyasının yaxınlığında yolu keçən 2003-cü il təvəllüdlü Sultanov Vidadi Rəşad oğlunu minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.