"RegionTV.info"
Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin “Paşinyanın taleyi Azərbaycandan asılıdır” adlı 21-cu buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda Ermənistanda davam edən siyasi böhran fonunda bu ölkənin baş naziri Nikol Paşinyan və onun barışmaz rəqibi - eks prezident, hərbi cani Robert Köçəryanın sərgüzəştlərindən söhbət açıb.
Jurnalist Ermənistanda davam edən siyasi gərginliklə müşahidə edilən növbədənkənar parlament seçkilərinə hazırlıqdan söz açıb. O qeyd edir ki, Rusiyaya siyasi stabil və təmin edilən Ermənistan lazımdır.
“Nəzərə alsaq ki, Azərbaycanda saxlanılan erməni terrorçuları bu gərginliyin mühüm elementlərindən biridir, birmənalı şəkildə deyə bilərik ki, Rusiyaya lazım olan sabitlik ipinin bir ucu İrəvandan düz Bakıya gəlir çıxır”, - deyə jurnalist bildirib.
Xəbəri paylaş