Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əli Həsənovun binası Nəşriyyatın balansına veriləcək


Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) yerləşidiyi binanın boşaldıldığı barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, Əli Həsənov vəzifədən azad edildikdən sonra BMM fəaliyyətini dayandırıb. 

Bununla yanaşı həmin binada yerləşən və Əli Həsənova aid olan təsisatlar fəaliyyətsiz qalıb. İndi həmin bina keçmiş köməkçinin nəzarətindən çıxarılır. Artıq binanın boşaldılmasına başlanılıb.
Bina “Azərbaycan” Nəşriyyatının balansına verilə bilər. Həmin bina onsuz da sözügedən qurumun ərazisində inşa edilib. Bu faktı “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərov da təsdiqləyib. 
O, bir müddət əvvəl mediaya açıqlamasında deyib ki, o vaxt nəşriyyatın ərazisində Əli Həsənova yer ayrılıb. “O vaxtı dövlət tərəfindən elə məsələhət oldu ki, nəşriyyatın ərazisində Əli Həsənova yer verilsin. Əli Həsənov həmin ərazidə mətbuat evi tikib. Onu Əli Həsənova mən verməmişəm, dövlət tərəfindən verilib. Axı mən kiməm ki, Əli Həsənova ərazi verim? Ora mənim dədəmin, babamın yeri deyil. Bu məsələnin mənə heç bir bağlılığı yoxdur", - deyə o qeyd edib.
İndi binanın yenidən “Azərbaycan” Nəştiyyatının balansına veriləcəyi tamamilə məntiqli görünür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də