Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

YPX Tovuzda reyd keçirdi, evi tərk edən COVİD-19 xəstəsi saxlanıldı - FOTO

Tovuzda Yol Patrul Xidmətinin əməkdaşları reyd keçirib.

"RegionTV.info"nun  verdiyi məlumata əsasən reyd zamanı piyadalara yol verməyən, nəqliyyat vasitələrinə əlavə avadanlıqlar quraşdıran, dayanma-durma qaydalarını pozan sürücülər saxlanılıb.

Yoxlamalar zamanı həmin sürücülərə qarşı müvafiq qaydada protokollar tərtib edilib. Yol nişanlarının tələbələrini pozan sürücülər və piyadalarla maarifləndirici söhbətlər aparılıb. Polisin saxla əmrinə tabe olmayan sürücülər də reyd zamanı qanun pozanlar siyahısına əlavə edilib. Bundan əlavə polisin qanun pozucusu olaraq saxladığı əksər sürücülər də olub ki, polis əməkdaşlarının iradı ilə razılaşdırılmayıblar.

Reyd zamanı koronavirusa yoluxan ev şəraitində müalicəsi aparılan xəstə də aşkarlanıb. Həmin daşıyıcı şəxs xüsusi geyimlə mühafizə edilib və təcili tibbi yardım avtomobili ilə ünvanına çatdırılıb.

Reyd zamanı koronavirusa yoluxan ev şəraitində müalicəsi aparılan 2000-ci il təvəludlu Tovuz rayon Bayramlı kənd sakini Zeynalov Əli Elman oğlunun da evi qanunsuz tərk etdiyi aşkarlanıb.

QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də