
"RegionTV.info"nun xəbərinə görə, görüş Türkiyə Prezidentinin İstanbuldakı Huber iqamətgahında keçirilir.
Görüşdə regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparılır.
Qeyd edək ki, hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.