
"RegionTV.info" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin bugünkü toplantısında televiziya və radio şuraları qarşısında tapşırıq qoyuldu ki, Türk Şurası ölkələrinə aid olan xəbərlərin işıqlandırılmasının illik monitorinqi aparılsın: “Bu sahədə işin təkmilləşməsinə ehtiyac var. Növbəti vacib istiqamət ölkələrimizə qarşı dezinformasiya və saxta, çirkli kampaniyaların aparılmasıdır. 44 günlük Vətən müharibəsində bu təcrübəni bir daha gördük. Prezidentin dünyanın 30-dan çox aparıcı mətbuat qurumuna verdiyi müsahəbələr bütün informasiya blokadasını darmadağın etdi, Azərbaycan reallıqlarını təqdim etdi. Bu kimi kampaniyalar bu gün də aparılır. Düşünürük ki, bu sahədə qardaş ölkə ilə birlikdə səyləri davam etdirməliyik”.