
"RegionTV.info"nun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yerləşən “Yaşıl park” ailəvi istirahət mərkəzində qəfil yanğın baş verib.
Dərhal əraziyə FHN-in yanğınsöndürən briqadası və texnikası cəlb olunub. Sahəsi 144 kv. metr olan restoranın 30 kv. metri yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.