
"RegionTV.info" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türk Şurasının baş katibi Bağdat Amreyev deyib.
“Hesab edirəm ki, birlikdə mədəniyyət, tarixi kinoların çəkilməsinə də nail ola bilərik”, - o bildirib.
B.Amreyev həmçinin əlavə edib ki, türkdilli dövlətlər eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.