
"RegionTV.info"nun xəbərinə görə, görüş zamanı H.Hacıyev Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, 44 günlük müharibə zamanı qardaş ölkənin media orqanları Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində böyük işlər görüb: “Biz Türkiyəyə Azərbaycana media sahəsində göstərdiyi dəstəyə görə təşəkkür edir və bunu yüksək qiymətləndiririk”.