Abşeron rayonunda 4 yaşlı uşaq faciəvi şəkildə ölüb. "RegionTV.info"nun xəbərinə görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, 2017-ci il təvəllüdlü Amil Sadıqov velosipeddən yıxılaraq dünyasını dəyişib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.