
"RegionTV.info" xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli yazıb.
O, əhəlinin istifadə etməyə su tapmadığını, çox ciddi içməli su qıtlığı yarandığını vurğulayıb:
“Aqrar sektorda suvarma problemi var, bəzi fermerlər əkin sahələrini suvarmaq üçün şor sudan istifadə etmək məcburiyyətində qalıb ki, bu da səhv qərardır.
Kürün deltasında yaranan problemləri həll etmək üçün son illər büdcədən on milyonlarla pul ayrıldı, basıb yedilər. Kürün su resurslarının vəhşicəsinə istismar edilməsi, hökumətin bacaraqsızlığı, korrupsiya Kür deltası problemini 25 ildir həll etməyə mane olur. Kəndləri subasmadan qorumaq üçün deltanı təmizləyərkən elmi yanaşma olmadı, hesablamalar səhv aparıldı, indi həm buna, həm də Kürün suyu azaldığına görə Xəzərin suyu çaya qarışır, unikal ekosistem məhv olmaq təhlükəsi ilə üzləşir. Bu çox ciddi problemdir, ağılla, elmi yanaşma ilə təcili həll edilməlidir!”