Mütəxəssislər COVİD-19-a yoluxanların artması ilə bağlı yeni iddia irəli sürüblər.
"RegionTV.info" xəbər verir ki, COVİD-19 PCR test cavablarının yanlış olduğu şübhələri yaranıb. Belə ki, məlumata görə, pandemiyanın ilk dönəmlərində yüzdə 40 səhv ehtimalı olan testlər mutasiyaların ortaya çıxmasından sonra yüzdə 60-70 "yalançı neqativ” nəticələri göstərir.
Bildirilib ki, COVİD-19 olduğu düşünülən insanların əksəriyyətinin test nəticələri neqativ olur. Bununla bağlı yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi, türkiyəli həkim Duran Tok qeyd edib ki, birinci, ikinci, hətta üçüncü test nəticələri mənfi olan, lakin virusun əlamətlərini özündə daşıyan xəstələrin sayı getdikcə artır.
Mütəxəssislər düşünür ki, məhz bu göstərici səbəbindən virusa yoluxanların sayı artmaqda davam edir.
Xəbəri paylaş