
"RegionTV.info"nun məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.
Məlumata görə, yüksək gərginlikli elektrik xətti qırılaraq yaxınlıqda olan kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyev Əli Rza oğlunun üzərinə düşüb. Kənd sakini ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə köçürülüb. Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.