Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Havada “Bayraktar” göründü - Separatçılar təşvişə düşdü

Ötən gün Ukraynanın şərqində, Donbass üzərində Ukrayna silahlı qüvvələrinin “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi görünüb.

"RegionTV.info xəbər verir ki, bu haqda Donbassdakı rusiyayönümlü separatçıların tərəfində vəziyyəti izləyən ANNA-News müxbiri bildirir.

Məlumata görə, pilotsuz təyyarə təmas xətti boyu uçub, amma separatçıların nəzarətində olan ərazilərin hava sahəsinə daxil olmayıb. Bununla belə “Bayraktar”ın təmas xətti boyu separatçıların mövqelərini və orada cəmləşdirilən qüvvələrin görüntülərini çəkdiyi təxmin edilir. Bu, Donbass üzərində uçuş keçirən ilk “Bayraktar” təyyarəsidir.



Ukrayna ordusunun silahlanmasında neçə “Bayraktar TB2” olduğu məlum deyil, xüsusən də nəzərə alanda ki, son vaxtlar Rusiya mənbələri Türkiyədən və Qətərdən Kiyevə bu döyüş pilotsuz təyyarələrinin yeni partiyalarının göndərildiyi haqda məlumatlar yayır.

Agentlik bildirir ki, “Bayraktar TB2” -nin təmas xəttində görünməsi Donetsk və Luqansk “xalq milisi qüvvələri” üçün həyacanlı siqnaldır. Çünki bu tip aparatlar özünü Suriya, Liviya və Dağlıq Qarabağda çox yaxşı göstərib. Ukrayna onları hökmən Donbassda tətbiq edəcək və bu, zaman məsələsidir.

Xatırladaq ki, Rusiya Ukrayna sərhədlərinə böyük miqdarda hərbi qüvvə cəmləşdirir. Eləcə də Ukrayna Donbassa, təmas xəttinə qüvvələr yığır 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də