
"RegionTV.info" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Təzəkənd kənd sakini Mərdan Məhərrəmov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
M.Məhərrəmov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.