Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə nəzarət tədbirləri həyata keçirilir.
"RegionTV.info" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Polis Şöbəsinin rəisi, eləcə də digər aidiyyatı idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə reyd keçirilib.
Reyd zamanı sakinlər tərəfindən karantin rejimi qaydalarına əməl edilməsi, ictimai nəqliyyatda, qapalı obyektlərdə tibbi maskalardan istifadə olunması vəziyyəti yoxlanılıb.
Vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunub, tövsiyələr verilib. Həmçinin, polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan vətəndaşlar barəsində qanunamüvafiq tədbir görülüb.
\
Xəbəri paylaş