Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan gimnastları Misirdə gümüş medal qazandı

Azərbaycan gimnastları beynəlxalq turnirlərdə medallar qazanıb.

"RegionTV.info"nun  məlumatına görə, aerobika gimnastikası üzrə yığma komandanın üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva Misirin Qahirə şəhərindəki “Egyptian Pharaohs cup”da çıxış edib.

Onlar qarışıq cütlüklərin mübarizəsində gümüş medala sahib olub.

Bədii gimnastika üzrə yığma komandamızın üzvləri isə Finlandiya Gimnastika Federasiyasının dəvəti ilə onlayn turnirə qatılıb.

Ölkəni Zeynəb Hümmətova, Məryəm Səfərova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası, fərdi proqramda isə Arzu Cəlilova ilə Nərminə Səmədova təmsil edib.

Qrup hərəkətləri komandası 3 halqa və 2 cüt gürzlərlə nümayiş etdirdikləri çıxışlarına görə gümüş medala yiyələnib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də