
"RegionTV.info"nun məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Ərzumanov İntizar Qubad oğlu evinin yaxınlığında tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qabırğa nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.