
"RegionTV.info"nun məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü Əliyeva Cəmilə Təhməz qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.