Bakıda iki nəfər arasında mübahisə xəsarətlə nəticələnib."RegionTV.info"nun məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Suraxanı parkında mübahisə zəminində 1977-ci il təvəllüdlü Nuşirəvanlı Nuşirəvan Arif oğluna tanıdığı şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona təpə nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.


