
Qazax rayonunda 4 nəfər qidadan zəhərlənib.
Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.
Belə ki, bir ailənin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların qidadan zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.