Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 10-da Türkiyəyə səfər edəcək.
"RegionTV.info"nun xəbərinə görə, V.Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş İstanbulda baş tutacaq.
Xəbərdə həmçinin qeyd olunur ki, sabah Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının doqquzuncu iclası keçiriləcək.
Şuranın toplantısı çərçivəsində iki ölkə arasında müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələləri müzakirə ediləcək.
Toplantıda həmçinin Krım tatar xalqının yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlik ortaq layihələr barədə də fikir mübadiləsi aparılacaq.
Xəbəri paylaş