“İl ərzində əmək məzuniyyətinin mütləq istifadə olunması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb. Bu sahədə müəyyən tələblərin nəzərə alınmasını istəyirik”.
"RegionTV.info" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı deyib.
DƏMX rəisi qeyd edib ki, işçi bəzən bilərəkdən məzuniyyətini istifadə etmir: “Buna səbəb sonda müəyyən şəkildə kompensasiya almaq istəyidir.
Lakin bu, dügzün yanaşma deyil. İşəgötürənlərə tövsiyə edirik ki, qabaqcadan işçilərlə razılaşdırılmış şəkildə məzuniyyət qrafiki təsdiq edilsin.
Məcəllədə qrafikin tərtib olunması nəzərdə tutulub, lakin imperativ norma olmadığından tərtib olunmaya da bilər.
Qrafik tərtib olunsa işəgötürən işçinin qarşısında tələb qoya bilər ki, məzuniyyət hüququndan istifadə edilsin. İllərlə məzuniyyətdən istifadə olunmaması gələcəkdə işəgötürənlər üçün arzuolunan deyil. Bu əməyin mühafizə qaydalarının pozulmasına gətirib çıxara bilər”.
Xəbəri paylaş