Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mingəçevir şəhəri, F. Əzimov küçəsində yerləşən fiziki şəxs Cabbarov Elşən Xalid oğluna məxsus heyvan kəsim məntəqəsində yoxlama keçirib.
"RegionTV.info" xəbər verir ki, AQTA-dan verilən məlumata görə, yoxlama zamanı məntəqədə baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl olunmadığı, həmçinin girişdə dezbaryerin yerləşdirilmədiyi, istifadə olunan alət və ləvazimatların vaxtı-vaxtında yuyulub dezinfeksiya edilmədiyi, tullantıların məntəqə ərazisində açıq şəkildə saxlandığı və digər texniki normativ hüquqi aktların tələblərinə zidd olan nöqsanlar aşkar edilib.
Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq kəsim məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Xəbəri paylaş