Gürcüstanda koronavirusa yoluxanların sayı 287 mini ötdü Tarix: 9-04-2021, 12:11 Xəbərə baxış: 144 Gürcüstanda ötən sutkada koronavirusa 777 yeni yoluxma faktı təsdiqlənib, 342 nəfər müalicə olunaraq sağalıb, 9 pasiyent vəfat edib."RegionTV.info" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 287 183 nəfər yoluxub. Onların 276 426-sı sağalıb, 3 858-i dünyasını dəyişib.