Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hindistan ştammı nə dərəcə təhlükəlidir? – Həkimdən AÇIQLAMA - VİDEO

"Koronavirusun Hindistan ştammı Britaniya ştammı qədər təhlükəli deyil".

"RegionTV.info"   xəbər verir ki, bunu ARB 24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, virusun Hindistan ştammı ilə bağlı dəqiq elmi tədqiqat olmasa da, aidiyyəti qurumlar artıq bu barədə xəbərdarlıq yayıb. Alim həmçinin bildirib ki, virusa yoluxmanın qarşısını ikinci nəsil peyvəndlərlə almaq mümkün olacaq:

"Pandemiya bir neçə ay ərzində bitəcək proses deyil. Hazırda mövcud olan peyvəndlərdən sonra virusa yoluxma riski yenə qalır. Bunun qarşısını tam alan isə ikinci nəsil peyvəndlər olacaq. Yəni dünyanın virusdan qurtulması ikinci nəsil peyvəndlərlə bağlı olacaq. Bu isə bir az vaxt tələb edə bilər".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də