
"RegionTV.info"nun məlumatına görə, Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov Trend-ə bildirib ki, rayonun Birinci Yüzbaşılı, Alıbəyli, Əfətli, Mahrızlı, Baharlı-2, Dörd yol-2 və 150 saylı orta məktəblərində əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testi pozitiv çıxıb.
Eyni zamanda Əhmədağalı kənd tam orta məktəbində 2, Qaradağlı tam orta məktəbində 1, 87 saylı tam orta məktəbdə 1, 97 saylı tam orta məktəbdə də 1 sinif fəaliyyətini dayandırıb.