
"RegionTV.info" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Qazma və Püştətala kəndləri ərazisində, Şəhmir Eminov və Akif Abdullayevə məxsus fərdi yaşayış evlərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, yas mərasimləri keçirildiyi müəyyən edilib.
Həmin ünvanlara baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkar olunub.