
"RegionTV.info" xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, bu, Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici sayılır. Ölkədə koronavirusa yoluxanların sayı 13 059 574 nəfərə çatıb.
COVID-19-un qurbanlarının ümumi sayı isə 167 mini ötüb. 11,9 miyondan çox pasiyent koronavirusdan sağalıb. Virusa yoluxan 979 min şəxsin müalicəsi davam edir.
Qeyd edək ki, aprelin 8-də 126 789 nəfərə koronavirus diaqnozu qoyulmuşdu.