Dünya Etnospor Konfederasiyasının IV Forumu aprelin 10-da Bakıda keçiriləcək.
"RegionTV.info"nun məlumatına görə, bu barədə qurumun prezidenti Bilal Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdəki Qırğızıstan - Türkiyə Manas Universitetindəki "Etnospor və Türk Dünyasında Ənənəvi Türk İdman Növlərinin Gələcəyi" adlı Konfransda açıqlama verib.
O, koronavirus səbəbindən onlayn baş tutacaq Forumun "Ənənəvi oyunların dirçəlişi" adı altında təşkil olunacağını bildirib.
B. Ərdoğan toplantıya 50 - 60 ölkədən 200-dən çox şəxsin qatılacağını da əlavə edib.
Xəbəri paylaş