Şəhid bacısı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində işlə təmin olunub.
"RegionTV.info" bu barədə “Azəriqaz”a istinadən xəbər verir.
Məlumatda deyilir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçərək qanı ilə tarix yazan igidlərimizdən biri də Rauf İbadovdur. Raufun atası, “Azəriqaz”ın əməkdaşı Məhərrəm İbadov deyir ki, oğlu Füzuli, Cəbrayıl, Laçın dəhlizi istiqamətində gedən əməliyyatlarda böyük şücaət göstərib.
Oktyabrın 23-ü Laçın dəhlizi uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək şəhidlik zirvəsinə ucalıb. “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev şəhid ailəsini ziyarət edərkən onların qayğıları ilə maraqlanıb, müraciətlərinə mütləq baxılacağına söz verib. Qısa müddət ərzində şəhidin bacısı Banu İbadova “Azəriqaz”da işlə təmin olunub.
Şəhid ailəsi Abşeron rayonunun Saray qəsəbəsində yaşayır. B.İbadova Bakı Regional Qazın Satışı Departamentində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirəcək.
Bu barədə hazırlanan video materialla aşağıdakı sosial şəbəkə ünvanından tanış ola bilərsiniz:
Xəbəri paylaş