
“RegionTV.info”nun məlumatına görə, bunu hökumətin saytında yerləşdirilən məlumatlar göstərir.
Ardıcıl üç gündür ölkədə aşkarlanan yoluxmaların sayı 20 mindən çoxdur. Belə ki, 6 apreldə 20 870, 7 apreldə isə 22 039 nəfərdə koronavirus aşkarlanıb.
Son sutkada infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı 290 nəfər olub.
Ən çox yoluxma paytaxt Buenos-Ayresdə qeydə alınıb. Son 24 saat ərzində 2 364 şəhər sakininin koronavirus testi müsbət olub. Beləliklə, Argentinada pandemiya başlayandan bəri 2 473 751 nəfər virusa yoluxub və 571 22 pasiyent ölüb.