TV layihəsinin ilk buraxılışı artıq Diaspor TV-də yayımlanıb və verilişdə hazırda Norveçdə yaşayan Xankəndi sakini Arzu Rzayeva doğulub-böyüdüyü Xankəndi şəhəri, Şuşada təhsil aldığı illər, Qarabağda yaşayan ermənilərin azərbaycanlılara münasibəti və s haqqında danışıb.
Komitə “Qarabağdan danışaq” verilişində xaricdə yaşayan azərbaycanlılarla bərabər, torpaqlarımızın işğalı nəticəsində doğma yurdundan didərgin düşən soydaşlarımızın xatirələrini lentə alaraq Qarabağın mülki əhalisinin başına gətirilənləri dünya ictimaiyyətinə çatdırmaq niyyətindədir.