Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bolqarıstanda parlament seçkilərinin nəticələri açıqlandı

Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) Xalq Məclsinə keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.

"RegionTV.info"  xəbər verir ki, nəticələrə əsasən Demokratik qüvvələrin İttifaqı ilə koalisiyada olan hakim “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda” siyasi partiyası (GERB) qalib gəlib.

Partiya parlamentdə 75 millət vəkili ilə təmsil olunacaq. Bolqarıstanın 45-ci Xalq Məclsində (parlament) həmçinin “Belə bir xalq var” Partiyası, “Hüquq və Azadlıqlar uğrunda Hərəkat”, “Demokratik Bolqarıstan”, “Yüksəl. Mafiya rədd ol” vətəndaş platformasının nümayəndələri də təmsil olunacaqlar.

Növbəti ay yeni parlament işinə başlayacaq və hazırkı hökumət istefası verəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də