ABŞ-ın Alyaska ştatı sahillərində 5,7 bal gücündə zəlzələ olub.
"RegionTV.info" xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.
Xəbərə görə, zəlzələnin mərkəzi Kantvell qəsəbəsindən 27 km aralı olub. Yeraltı təkanların ocağı 77 km dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb.
Geoloji Xidmət Agentliyinin Sakit okean Mərkəzi sunami təhlükəsinin olmadığını bildirib.
Xəbəri paylaş