BMT Baş Assambleyasının prezidenti,- 75-ci sessiyanın sədri Volkan Bozkır Azərbaycanda rəsmi səfərdədir.
"RegionTV.info" xəbər verir ki, bu barədə V.Bozkır "Twitter" hesabında məlumat paylaşıb.
"BMT Baş Assambleyasının prezidenti kimi rəsmi səfər üçün Bakıya gəldik. Azərbaycanda cənab prezident İlham Əliyevin qəbulunda olacam. Bundan başqa, Milli Məclisin sədri Sahibə Qafarova, və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcəyəm", - deyə V.Bozkır vurğulayıb.
Xəbəri paylaş