
"RegionTV.info"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən məktəblini vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şagird Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.