
"RegionTV.info" xəbər verir ki, Bu barədə rayon Təhsil Şöbəsinin müdiri Elburus Atayev bildirib. Onun sözlərinə görə, yoluxan pedaqoqlar əsasən yaşı 50-dən yuxarı olan müəllimlərdir.
"Müəllim heyəti ilə yanaşı COVİD-19 infeksiysı bir neçə 11-ci sinif şagirdlərində də aşkar olunub. Düzdür, hazırda 10 və 11-ci sinif şagirdləri distant təhsil alsalar da bəzi şagirdlərdə COVİD-19 virusu aşkar olunması ilə bağlı faktlar təsdiqlənib. Yoluxma hallarına baxmayaraq Göygöl rayonunda əyani tədris prosesi davam etməkdədir. Yerli təhsil şöbəsi virusdan qorunmaq üçün tələb edilən qaydalara əməl olunmasına çalışır", - deyə E.Atayev bildirib.
Qeyd edək ki, Göygöl rayonunda 50 orta tədris müəssisəsi fəaliyyət göstərir