
"RegionTV.info"nun xəbərinə görə, bu barədə xarici əlaqələr komitəsinin rəhbəri, deputat Nikoloz Samxaradze bildirib.
“Gürcüstanı və Ukraynanı xüsusi münasibətlər, dostluq və strateji tərəfdaşlıq bir-birinə bağlayır. Buna görə də biz Gürcüstanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqlədik”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, sənəddə o da vurğulanıb ki, Gürcüstan NATO və Ukrayna arasında əlaqələrin dərinləşməsini alqışlayır və sabitliyin zəmanətçisi kimi NATO-nun Qara dəniz regionunda daha fəal iştirakını dəstəkləyir.
Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.