Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koçaryan Paşinyanı məhkəməyə verdi - 4 milyon tələb edir

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan 7 aprel tarixində Baş nazir Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb.

"RegionTV.info"   xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat verib.

İddiaya Baş nazirin 1 mart 2021-ci il mitinqi zamanı çıxışında işlətdiyi ifadələrin səbəb olduğu qeyd olunur.

Keçmiş Prezidentin vəkilləri Paşinyanın çıxışında Koçaryanın adını çəkmədən onun cinayət işi barədə danışdığını iddia edirlər.

"Təqsirsizlik prezumpsiyasının tanınmasını və böhtanın təkzib edilməsini tələb edirik. Eyni zamanda, 2 fərqli qayda pozuntusu edildiyini nəzərə alaraq, hər biri üçün 2 milyon dram tələb edirik. Ümumilikdə 4 milyon dram",-deyə R. Koçaryanın vəkilləri bildiriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də