Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Atam diversant olsaydı, bundan əvvəlki səfərlərində də hansısa təxribata cəhd edərdi...”






“Yəqin ki, aidiyyatı qurumlar bununla bağlı açıqlama verərlər. Fürsətdən istifadə edib Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm ki, ermənilərin yaydığı uydurma filmə münasibət bildirsinlər”

Bunu açıqlamasında erməni girovluğunda işgəncələrə məruz qalan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O, ermənilərin çəkdiyi saxta filmlə bağlı aidiyyatı qurumlara müraciət edib:

“Ermənilərin çəkdiyi film başdan-aya uydurmadır. Yəqin ki, aidiyyatı qurumlar bununla bağlı açıqlama verərlər. Fürsətdən istifadə edib Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm ki, ermənilərin yaydığı uydurma filmə münasibət bildirsinlər. Düşünürəm ki, dövlətimizin buna münasibət bildirməsi daha doğru olar. Ermənilərin səsləndirdiyi iddiaların hamısı yalandır, atam ermənilərin əlində girovdur və onlar atama şər-böhtan ata bilərlər. Düzdü, atam bir neçə dəfə Kəlbəcər rayonuna ziyarətə gedib və burda da məqsədi ancaq doğmalarının qəbirini ziyarət etmək olub. Ermənilərin yaydığı uydurma iddialara cavab olaraq bildirmək istəyirəm ki, əgər Dilqəm Əsgərov onların dediyi kimi terrorçu, diversant olsaydı, bundan əvvəlki səfərlərində hansısa təxribata cəhd edərdi. Azərbaycan dövləti əsirlərin hamının-hamıya prinsipi ilə dəyişdirilməsini beynəlxalq aləm və Ermənistan qarşısında həmişə qaldırıb. Onlar isə müxtəlif bəhanələrlə girovların bu şəkildə dəyişdirilməsinə süni maneələr yaradıblar və bu da onlardan biridir”. 

Qeyd edək ki, əməkdaşımızın verdiyi xəbərə görə ermənilər girovluqda olan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev haqda saxta film çəkiblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də