Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“KamAZ” marketə çarpılıb, yol kənarında dayanan şəxslər son anda qurtulub - VİDEO

İmişlidə qəza törədən “KamAZ”ın marketə çarpılması anı təhlükəsizlik kamerasına düşüb.

"RegionTV.info"nun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda rayonun Qaradonlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı yük maşını dairəvi yola daxil olan zaman sürücü digər nəqliyyat vasitəsi ilə toqquşmadan yayınmaq üçün avtomobili yolun hərəkət hissəsindən kənara çəkib. Lakin bu zaman sürücü idarəetməni itirib və “KamAZ” əvvəlcə yol kənarında dayanan minik avtomobilinə, sonra isə marketə çarpılıb.

Həmin vaxt yolun kənarında dayanan şəxslər son anda xilas ola biliblər. Bütün bunlar təhlükəsizlik kamerasına düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də