Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Anar deyirdi ki, mənim evim Qarabağda olacaq...”- Şəhid mayorun qardaşı...






“Anar şəhid olandan bu günə kimi hər gün evimizə get-gəl var. Ölkənin hər bir bölgəsindən bizə gəlirlər, Anarın məzarını ziyarət edirlər”

Bunu açıqlamasında şəhid mayor Anar Novruzovun qardaşı Sücəddin Novruzov deyib. Şəhid qardaşı buna görə bütün insanlara öz təşəkkürünü bildirib:

“Bizim üçün millət vəkillərinin və digər insanların diqqəti böyük təsəllidir. Düzdü, gedəni geri qaytarmaq mümkün deyil, amma biz bununla təskinlik tapırıq. Anar şəhid olandan bu günə kimi hər gün evimizə get-gəl var. Ölkənin hər bir bölgəsindən bizə gəlirlər, Anarın məzarını ziyarət edirlər. Biz şəhid ailəsi olaraq hər kəsə təşəkkür edirik”. 

Şəhidin qardaşı bildirib ki, Anar bütün ömrünü hərbiyə həsr etdiyi üçün özünə heç vaxt ev-eşik etməyib:

“Anarın həyat yoldaşı iki övladıyla ata evimizdə yaşayır. Təbii ki, orda başqa ailələrdə var. Anar 27 il orduda xidmət edib. Biz bununla bağlı müraciət etməmişik, amma Cənab Prezident vəziyyətin nə yerdə olduğunu bilir və yəqin ki, Anarın ailəsinin evlə təmin olunması üçün müvafiq göstəriş və tapşırıqlarını verəcək. Anar ev növbəsinə də durmalıydı, sona qədər qüsursuz xidmət göstərmişdi və heç vaxt evi haqda fikirləşməmişdi. Həmişə deyirdi ki, mənim evim Qarabağda olacaq”.

Xatırladaq ki, millət vəkilləri Qənirə Paşayeva, Tamam Cəfərova, Məşhur Məmmədov və  “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk Masallı və Biləsuvar rayonlarında, bu ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin ailələrinə baş çəkib, şəhidlərimizin məzarlarını ziyarət ediblər. 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də