
"RegionTV.info" Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 14 581, hazırkı dövrədək isə 2 977 593 test aparılıb. İndiyə qədər ümumilikdə 279 181 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3 811 nəfər vəfat edib, aktiv xəstə sayı 29 489 nəfərdir.
