“Həm Şarl Mişel, həm də Ursula von der Leyenlə əhəmiyyətli görüşlərimiz oldu. Hər iki tərəfin açıqlamalarında da bu qeyd olunur”.
"RegionTV.info"nun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu küveytli həmkarı ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə tərəfinin tələbləri Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ən yüksək səviyyədə ifadə olunub: “Biz Avropa İttifaqından olan gözləntilərimizi də dilə gətirdik”.
XİN başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin qarşılanma mərasimində protokol qaydalarının pozulması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib.
“Protokol qaydaları ilə bağlı Türkiyəyə qarşı haqsız ittihamlar yer almaqdadır. Türkiyə köklü bir dövlətdir. Türkiyəyə ilk dəfədir belə bir ziyarət həyata keçirilmir. Türkiyədə keçirilən görüşlər ənənəvi türk qonaqpərvərliyi şəraitində və beynəlxalq tələblər çərçivəsində baş tutur. Amma bütün görüşlərdə də səfər öncəsi protokolçular bir araya gəlib, məsləhətləşmələr aparır. Bu səfərdə də Avropa İttifaqının öz daxilində olan ziyarət şərtləri çərçivəsində olan tələblər qarşılanıb. Heç bunu açıqlamağa lüzum görməzdik. Amma bunu Türkiyə tərəfinin ayağına yazmaq düzgün olmadığı üçün təfərrüata varmağa məcbur olduq”, - deyə M. Çavuşoğlu vurğulayıb.
Xəbəri paylaş