
"RegionTV.info" xəbər verir ki, bu barədə qurumdan bildirilib.
“Bununla belə, konkret olaraq hansısa sistemin və yaxud üsulun tətbiqindən söz açmaq erkəndir. Bununla bağlı hər hansısa əsaslı addım atılacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq", - deyə səhmdar cəmiyyətindən qeyd olunub.
Xatırladaq ki, bir çox ölkələrdə bütün nəqliyyat sistemində olduğu kimi metroda da NFC (Near Field Communication – Yaxın Məsafəli Əlaqə) sistemindən istifadə edərək ödəniş həyata keçirilir. Bu isə plastik kartlardan istifadə etmədən yalnız mobil telefon, qələm, üzük və digər əşyalar vasitəsi ilə təmassız ödəmə deməkdir.