
"RegionTV.info" xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini Elsevər Murtuzzadənin kafelərin birində qonaqların iştirakı ilə qardaşına nişan məclisi təşkil etdiyi müəyyən edilib.
Qayda pozuntusuna yol verən 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.